ABŞ-da yaşayan rusiyalı boksçu Sergey Kovalyov sosial şəbəkələrdə avtomobilinin oğurlandığını bildirib.
	
Qaynarinfo bu barədə Qazeta.ru-ya istinadla 
xəbər verir.
 
	
"Bu gün sabahımız xeyirlə açılmadı. Bütün maşınlar yerindədir, birindən başqa. Dünən axşam saatlarında avtomobilimi oğurlayıblar. Amma eybi yoxdur, axtararıq.
Mən bir şeyi başa düşdüm: "vəhşi qaban” (Mercedes-Benz W140) məndən başqa heç kimə lazım olmayan avtomobildir. Mən hələ onu çox sürəcəm. Kədərlənim, ya yox, bilmirəm. "Gelendvagen”i yeniləyəcəm”, - Kovalyov bildirib.
 
	
Kovalyovun "Mercedes G-Class” markalı avtomobili oğurlanıb.
	
40 yaşlı rusiyalı son döyüşünü 2022-ci ilin mayında Bolqarıstan təmsilçisi Tervel Pulevə qarşı keçirib. Döyüş 10 raund davam edib. Kovalyov yekdil qərarla qalib gəlib.
	
Kovalyov 2009-cu ilin iyulunda peşəkar rinqdə debüt edib. Ümumilikdə onun 35 qələbəsi (29-u nokautla), dörd məğlubiyyəti və bir heç-heçəsi var. Rusiyalı hərbçilər arasında boks üzrə ikiqat dünya çempionudur (81 kq-a qədər).
		
Alpər
             
            
Şərhlər