Xəbər lenti

ABŞ-da polis cinayət yerindən kokain oğurlayıb satdı
Dünya14:01 31.08.2024

ABŞ-da polis cinayət yerindən kokain oğurlayıb satdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Ohayo ştatında bir polis məmuru və dostu cinayət yerindən kokain oğurlayaraq narkotik aludəçilərinə satıblar. 
Qaynarinfo xəbər verir ki, bu barədə barədə NBC məlumat yayıb.
35 yaşlı polis məmuru Coel Mefford külli miqdarda narkotik satmaqda və cinayət yerindən kokain oğurlamaqda ittiham olunur. Xüsusi araşdırma zamanı müəyyən edilib ki, asayiş keşikçisi cinayət yerindən külli miqdarda narkotik vasitəni oğurlayıb, daha sonra kokaini dostuna ötürüb və satışı qadağan olunmuş maddənin faizini alıb.
İlkin məlumata görə, polis bir neçə il ərzində 100 min dollardan çox pul qazanmış ən azı beş kiloqram narkotik maddənin oğurlanmasında iştirak edə bilər. Müttəhimi 50 ilə qədər həbs cəzası gözləyir.
Aydın