Xəbər lenti

ABŞ-da Qar adamı lentə alındı: Həmişəki kimi... (VİDEO)
Dünya13:12 13.10.2023

ABŞ-da Qar adamı lentə alındı: Həmişəki kimi... (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kolorado ştatının Duranqo şəhərində istirahət edən cütlük mifik Qar adamına bənzər anlaşılmaz məxluqu videoya çəkib.
Qaynarinfo xəbər verir ki, Şennon Parker və Stetson Tayler qəribə məxluqu görüb onu tez lentə alıblar. Düzdür, çəkilişlər cütlüyün getdiyi qatarın pəncərəsindən və çox uzaq məsafədən aparılıb. Bu səbəbdən, video keyfiyyətsiz alınıb.
Bununla belə, amerikalılar sosial şəbəkələrdə Qar adamı hesab etdikləri məxluqun fotolarını yayıblar. Onlar hətta şəkli böyüdüblər ki, istifadəçilər canlını daha ətraflı görə bilsinlər.
Alpər