ABŞ-da həftəsonu silahlı hücumlar nəticəsində 4 nəfər ölüb, 16 nəfər yaralanıb.
Qaynarinfo bu barədə TRT-yə istinadən xəbər
verir.
ABŞ-ın Çikaqo ştatı həftəsonu bir neçə silahlı hücuma səhnə olub.
ABŞ mətbuatının verdiyi məlumata görə, hücumlar nəticəsində biri 5 aylıq körpə olmaqla 4 nəfər ölüb.
Hücumlar zamanı daha 16 nəfər yaralanıb.
Çikaqo polisi silahlı hücumlarla bağlı araşdırmalara başlayıb.
M.Arif