ABŞ Ali Məhkəməsi keçmiş prezident Donald Trampın vəzifədə olarkən törətdiyi iddia edilən cinayətlərə görə prezident toxunulmazlığının olub-olmaması ilə bağlı araşdırmaya tələsməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın Washington Post qəzeti
yazır.
"Ali Məhkəmə qərarı tezləşdirməyəcək”, - nəşr yazır.
Qeyd olunur ki, Ali Məhkəmə sürətləndirilmiş yoxlama tələblərinin rədd edilməsinin səbəblərini izah etməmək fikrindədir.
Qeyd edək ki, ABŞ-ın xüsusi prokuroru Cek Smit ölkənin Ali Məhkəməsindən keçmiş prezident Donald Trampın vəzifədə olarkən törətdiyi iddia edilən cinayətlərə görə prezident toxunulmazlığının olub-olmadığını dərhal müəyyən etməyi xahiş edib.
Alpər