ABŞ-da naməlum şəxs Miçiqan Dövlət Universitetinin kampusunda atəş açıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News” telekanalı məlumat
yayıb.
Ştat polisi universitet şəhərciyində atışma baş verdiyini, çoxsaylı yaralıların olduğunu bildirib (sayı göstərilmir), şübhəli hələ də saxlanılmayıb. Universitetin sözçüsü Emili Gerkin Gerrant üç nəfərin öldüyünü bildirib.
Həmin şəxs bazar ertəsi axşam atəş açıb. Polisə ilk zəng yerli vaxtla saat 20:40-da tələbə şəhərciyindən, ardınca isə saat 21:16-da universitetin fitnes mərkəzindən zəng gəlib.
Yaralılar ən yaxın xəstəxanaya çatdırılıb.
Kampusda yaşayan Miçiqan Dövlət Universitetinin tələbəsi Blake Madey tələbələrin bacardıqları qədər içəridə gizləndiklərini deyib. "İşıqlar sönmüş halda hər kəs öz yerlərində barrikada qurub”, - o deyib.
"Vaşinqton Post”un son məlumatına görə, Miçiqan Dövlət Universitetində silahlı şəxs özünə atəş açaraq
intihar edib. Ölənlərdən başqa beş nəfər ağır yaralanıb.
Axşam saat 20:18-də polisə ilk atəş səsləri barədə məlumat verildikdən təxminən dörd saat sonra, silahlı şəxsin cəsədi kampusdan kənarda tapılıb, rəsmilər polis axtarışının və universitetin təxminən 50,000 tələbəsi üçün "yerində sığınacaq" əmrinin sona çatdığını qeyd edib. Kampus polisi bildirib ki, silahlı şəxs universitetlə əlaqəsi olmayan 43 yaşlı kişi olub.
Detroitdən təxminən 90 mil məsafədə yerləşən East Lansing şəhərciyində sosial elmlər binası olan Berkey Hall yaxınlığında atışma barədə məlumat vermək üçün bir çox insan axşam saat 8-dən sonra 911-ə zəng edib.
Alpər