Amerika Birləşmiş Ştatları Ukraynanın Müstəqillik Günündə rekord - 3 milyard dollarlıq hərbi yardım paketini elan edəcək.
Nəşr adı çəkilməyən rəsmilərə istinadən yazır ki, ABŞ administrasiyası sabah, 24 avqust 2022-ci ildə yeni hərbi paketi açıqlayacaq. Onların sözlərinə görə, pul PUA-ların, silahların və digər avadanlıqların tədarükü üçün müqavilələrin maliyyələşdirilməsinə sərf olunacaq. Baxmayaraq ki, il ərzində onlar hələ döyüş meydanında görünməyəcəklər.
Vəsait həm də Ukrayna qoşunlarının "illər boyu" döyüş hazırlığını təmin etmək üçün onların təlimi və təchiz edilməsinə sərf olunacaq.
Əvvəlki paketlərdən fərqli olaraq, yeni maliyyələşdirmə əsasən orta və uzunmüddətli perspektivdə Ukraynaya müdafiə mövqeyini gücləndirməyə kömək etmək məqsədi daşıyır. Əvvəlki tədarüklər Ukraynanın silah və sursata olan daha aktual ehtiyaclarına yönəlmişdi.
Nizami Bağırov