Xəbər lenti

ABŞ-dan Ukraynaya növbəti hərbi dəstək paketi - Bradle tankları "yolda"
Dünya06:36 30.12.2022

ABŞ-dan Ukraynaya növbəti hərbi dəstək paketi - Bradle tankları "yolda"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ hökuməti növbəti hərbi dəstək paketinin bir hissəsi olaraq Ukraynaya M2 Bradle döyüş maşınları göndərməyi nəzərdən keçirir.
Qaynarinfo bu barədə "Bloomberg"ə istinadən xəbər verir. 
Nəşrin məlumatına görə, Bayden administrasiyası Ukraynaya Bradley döyüş maşınlarının göndərilməsini müzakirə edir. Lakin hələlik yekun qərar verilməyib.
Ağ Evin keçmiş müdafiə büdcəsi analitiki, hazırda Strateji və beynəlxalq tədqiqatlar mərkəzində çalışan Mark Kankian bildirib ki, Bradley yerüstü döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq, çünki o, mahiyyətcə yüngül tankdır.
Həmçinin qeyd olunub ki, ABŞ-ın əvvəllər Ukraynaya təhvil verdiyi M113-dən fərqli olaraq, Bradley IFV güclü 25 mm-lik top və TOW tank əleyhinə raketlərlə yaxşı silahlanıb. Birləşmiş Ştatlarda bu döyüş maşınlarının sayı çoxdur, baxmayaraq ki, onların bəziləri köhnədir və modernləşdirməyə ehtiyacı var. 
"Bradley-lər sürətli və çevikdirlər və müharibəni bitirmək üçün ukraynalılara silah vermək kimi siyasi məqsədlərimizə uyğundurlar”, - Corc Buşun prezidentliyi dövründə milli təhlükəsizlik sahəsində xidmət etmiş və hazırda Beacon Global Strategies konsaltinq firmasının direktoru olan Maykl Allen deyib. 
Bu arada məlub ki, ABŞ prezidenti Co Bayden 2023-cü maliyyə ili (oktyabr ayından başlayaraq) üçün 1,7 trilyon dollarlıq büdcə qanun layihəsini təsdiqləyib. Bunlardan 44,9 milyard dolların Ukrayna və Amerikanın NATO müttəfiqlərinə dəstək üçün göndərilməsi planlaşdırılır. Baxmayaraq ki, Ağ Ev əvvəlcə Kiyevə 38 milyard dollar yardım istəyib.
Sənədi Ağ Evin mətbuat xidməti dərc edib. 
Büdcə layihəsində ABŞ müdafiəsinin maliyyələşdirilməsinə 858 milyard dollar, daxili qeyri-müdafiə proqramlarına 772,5 milyard dollar, təbii fəlakətlərlə mübarizəyə 40 milyard dollar ayrılması nəzərdə tutulur. O, həmçinin elm, səhiyyə və təhsilə xərclərin artırılmasını nəzərdə tutur. ABŞ Konqresi dekabrın 24-də qanun layihəsini təsdiqləyib. 
Nizami Bağırov