Xəbər lenti

ABŞ Danimarka və Niderlanda F-16-ların Ukraynaya tədarükünə icazə verdi – Reuters
Dünya05:33 18.08.2023

ABŞ Danimarka və Niderlanda F-16-ların Ukraynaya tədarükünə icazə verdi – Reuters

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ştatlar ukraynalı pilotlar təlimlərini başa vuran kimi Danimarka və Niderlanddan F-16 qırıcılarının Ukraynaya tədarük etməsinə icazə verib.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters adı açıqlanmayan Vaşinqton rəsmisinə istinadən məlumat yayıb. 
Reuters-in məlumatına görə, ABŞ Danimarka və Niderlandı bütün lazımi F-16-ların transferi ilə bağlı tələblərin təsdiqini sürətləndirəcək ki, ukraynalı pilotlar təlim başa çatan kimi qırıcıları qəbul etsinlər.
"Mən F-16 qırıcılarının Ukraynaya təhvil verilməsində və ukraynalı pilotların ixtisaslı F-16 təlimatçıları tərəfindən təlimində Birləşmiş Ştatların tam dəstəyini ifadə etmək üçün yazıram”, - ABŞ dövlət katibi Entoni Blinkenin Danimarka və Niderlanddan olan həmkarlarına yazdığı məktubda deyilir. 
Agentlik xatırladır ki, ABŞ prezidenti Co Bayden hələ may ayında F-16-da ukraynalı pilotlar üçün təlim proqramlarını təsdiqləyib, lakin təyyarələrin çatdırılma vaxtı hələ açıqlanmayıb.
Nizami Bağırov