Xəbər lenti

ABŞ danışıqları: Erməni iqtidarı Azərbaycanla sənəd imzalanmaması üçün dua edir - "Hraparak"
Siyasət10:08 05.05.2023

ABŞ danışıqları: Erməni iqtidarı Azərbaycanla sənəd imzalanmaması üçün dua edir - "Hraparak"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 1-də Kişinyovda Ermənistan və Azərbaycan liderlərinin də iştirak edəcəyi Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Məlumat var ki, Vaşinqtonda müzakirə edilən sənəd əsasında Münasibətlərin Nizamlanmasına dair Saziş adlanan sülh müqaviləsi imzalansın.
Qaynarinfo xəbər verir ki, bu barədə "Hraparak” qəzeti məlumat yayıb.  
Nərş yazır ki, dünən Ermənistan Milli Assambleyasında Paşinyan "hər şey belə getsə, mən çox sevinərəm. Pis deyil, yaxşı xəbərdir”, - deyib. 
"Bu arada "Vətəndaş sazişi” partiyasının nə baş verə biləcəyindən az-çox xəbərdar olan üzvləri dua edirlər ki, Vaşinqtondan sonra heç bir sənəd imzalanmasın, çünki bu, ABŞ-Rusiya qarşıdurmasında yeni bir cəbhə açaraq yeni müharibəyə gətirib çıxaracaq, bundan isə Ermənistan qələbə ilə çıxa bilməyəcək”, - deyə Hraparak qeyd edir.
Nizami Bağırov