Xəbər lenti

ABŞ dolları beynəlxalq ticarətdə dominant valyuta olaraq qalacaq - Canet Yellen
Dünya08:42 10.07.2023

ABŞ dolları beynəlxalq ticarətdə dominant valyuta olaraq qalacaq - Canet Yellen

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın maliyyə naziri Canet Yellen Çinə səfəri zamanı bildirib ki, ABŞ dolları beynəlxalq ticarətdə dominant valyuta olaraq qalacaq və yaxın gələcək üçün alternativ olmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat yayıb.
BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) yeni valyutanın dövriyyəyə buraxılması planları ilə bağlı suala cavabında Ellen ABŞ dollarının beynəlxalq ticarətdə dominant valyuta olaraq qalacağını gözlədiyini bildirib.
"Məndə olan bütün məlumatlar göstərir ki, ABŞ dolları beynəlxalq əməliyyatların böyük əksəriyyətində, təxminən 90 faizində istifadə olunur və mən bunu yaxın gələcəkdə dəyişə biləcək alternativin olduğunu düşünmürəm", - ABŞ naziri bildirib.
Qeyd edək ki, BRIKS ölkələrinin xarici işlər nazirlərinin Cənubi Afrika Respublikasında bloka üzv ölkələrin sammiti ərəfəsində keçirilən görüşündə onlar inkişaf etmiş iqtisadiyyatların dominant mövqeyinə qarşı durmağın yollarını və dollara alternativlərin axtarışını müzakirə ediblər. Beləliklə, assosiasiya ölkələri artıq Rusiyada olduğu kimi, "sanksiyaların qurbanına çevrilməmək” yolunu axtarırlar.
Nizami Bağırov