Xəbər lenti

ABŞ Əfqanıstandan çıxmasaymış, Rusiya Ukraynaya hücum etməyəcəkmiş
Dünya07:52 21.04.2023

ABŞ Əfqanıstandan çıxmasaymış, Rusiya Ukraynaya hücum etməyəcəkmiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması Vaşinqtonun Moskva üçün zəifliyinə işarə idi, bunun nəticəsində Rusiya prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyata başladı".
Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Full Send Podcast"da deyib.
"Əfqanıstanı tərk etməyimiz, fikrimcə, ölkəmizin tarixində ən biabırçı məqam oldu. Putin, Si Szinpin (Çin prezidenti) və başqaları bizim bacarıqsız olduğumuzu, nə etdiyimizi bilmədiyimizi görəndə, düşünürəm ki, bu, <...> Ukraynaya qarşı fəaliyyətə sövq etdi”, deyə Tramp bildirib.
Bundan əvvəl eks-prezident dəfələrlə ABŞ-ın hazırkı administrasiyasını Ukraynada münaqişəni dərinləşdirməkdə ittiham edib.
Alpər