Xəbər lenti

ABŞ Federal Məhkəməsi Trampın qrant və kreditlərin dondurulması planını blokladı - FT
Dünya 22:10 29.01.2025

ABŞ Federal Məhkəməsi Trampın qrant və kreditlərin dondurulması planını blokladı - FT

ABŞ Federal Məhkəməsi prezident Donald Trampın yüz milyardlarla dollar dəyərində federal proqram ödənişlərini dondurma planını dayandırıb. Qərara əsasən, maliyyələşdirmə 3 fevralda keçiriləcək dinləmələrə qədər davam edəcək.

Qaynarinfo Financial Times-a istinadla xəbər verir iki, hakim Loren Alihanın müdaxiləsi Amerikanın İctimai Səhiyyə Assosiasiyası da daxil olmaqla, bir neçə hüquq müdafiə təşkilatının iddiasına cavab olaraq verilib. Qurumlar Trampın maliyyələşdirməni dondurmaq haqqında sərəncamının mümkün qanunsuzluğunu məhkəmə araşdırana qədər müvəqqəti qadağa tələb ediblər.

Federal maliyyə yardımının dondurulması Ağ Evə qrant və kreditləri Trampın mühafizəkar proqramına uyğunlaşdırmaq üçün vaxt qazandırmalıdır. Lakin bu qərar ciddi tənqidlərə səbəb olub. Hər iki partiyanın siyasətçiləri bu addımın elmi və tibbi araşdırmalara, eləcə də federal dəstəkdən asılı olan icmalara maliyyə cəhətdən vuracağı ziyanı vurğulayıb.

Pew Research Center-in məlumatına görə, ABŞ-ın bütün 50 ştatı federal qrantlar alır. 2022-ci maliyyə ilində bu qrantlar onların ümumi gəlirinin 36,4%-ni və ya 1,1 trilyon dollarını təşkil edib.

Memorandumda bildirilir ki, kiçik biznes, fermerlər və universitetin son kurs tələbələri üçün nəzərdə tutulmuş vəsaitlər dondurulmayacaq. Sosial təminat və yaşlılar üçün nəzərdə tutulan dövlət tibbi sığorta proqramı Medicare də bu məhdudiyyətlərdən kənarda qalacaq.
"Konqres tərəfindən ayrılmış federal maliyyələşmənin dondurulması Konstitusiyaya ziddir; ən əsası isə bu, qeyri-insani addımdır", – İllinoys ştatından demokrat senator Dik Durbin bildirib.

Kaliforniya və Nyu Yorkun rəhbərlik etdiyi 23 ştatın baş prokurorlarından ibarət qrup bu planın bloklanması üçün ayrıca iddia qaldıracaqlarını elan edib.
Medicaid portalı 28 yanvarda fəaliyyətini dayandırıb və Ağ Ev bu barədə məlumatlı olduğunu bildirib. Prezidentin mətbuat katibi Karolin Livitt isə "heç bir ödənişin təsirə məruz qalmadığını" bəyan edib.

Həmin gün Tramp administrasiyası həm də təmiz enerji layihələrinin və demək olar ki, bütün xarici yardımların maliyyələşdirilməsinin dayandırılması qərarını verib.
İlk dondurma memorandumunda hökumət agentliklərinə 10 fevral tarixinə qədər qrantlar və kreditlər haqqında məlumat təqdim etmələri tapşırılıb. Bu isə o deməkdir ki, bir çox proqramlar ən azı bu tarixədək qeyri-müəyyən vəziyyətdə qalacaq.

Administrasiya 2024-cü maliyyə ilində ABŞ-ın federal maliyyə yardımı üçün 3 trilyon dollar xərclədiyini açıqlasa da, büdcə ixtisarlarının hansı həcmdə olacağı hələ bəlli deyil.

ABŞ-ın yardım proqramlarının maliyyələşdirilməsinin dayandırılması

Ağ Ev bütün federal qrant və kredit ödənişlərini dayandırıb, Trampın komandası isə daxili büdcə xərclərinin genişmiqyaslı yoxlanılmasına start verib.

Bundan əvvəl Trampın xarici yardım proqramlarının, xüsusən də Ukraynada bir neçə layihə icra edən USAID proqramının maliyyələşdirilməsini 90 gün müddətinə dayandırdığı bildirilirdi.

Ukrayna Prezident Ofisinin rəhbərinin müavini İrina Vereşçuk bu vəziyyəti şərh edərək qeyd edib ki, USAID-in maliyyələşdirilməsinin dayandırılması narahatlıq doğurur, lakin bu, "bizim dəf etməli olduğumuz nə birinci, nə də sonuncu sınaqdır".

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->