Xəbər lenti

ABŞ Filippində daha dörd hərbi bazaya giriş əldə edəcək
Dünya14:28 02.02.2023

ABŞ Filippində daha dörd hərbi bazaya giriş əldə edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ və Filippin ABŞ hərbi qüvvələrinin Çindən gələn təhdidlərə qarşı Sakit okeandakı strateji mövcudluğunu genişləndirmək üçün aylarla davam edən səylərini gücləndirərək, ABŞ hərbi qüvvələri adalardakı dörd yeni bazaya çıxış əldə edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Amerikanın səsi” məlumat yayıb.
Müdafiə naziri Lloyd Ostinin Filippinə səfəri zamanı müzakirə edilən yeni sazişi 2014-cü il müdafiə sahəsində əməkdaşlıq sazişi çərçivəsində təlim və avadanlıqların əvvəlcədən yerləşdirilməsi üçün istifadə edilən beş bazanın siyahısını genişləndirəcək. ABŞ ordusu uçuş-enmə zolaqlarından və digər baza obyektlərindən də istifadə edə bilər.
Məlumatda hansı yeni bazalardan söhbət getdiyi göstərilmir.
Filippin prezidenti kiçik Ferdinand Markos Malakanyanq sarayındakı görüşdən əvvəl Ostini salamlayarkən, Çini birbaşa qeyd etmədən "yalnız tərəfdaşlarımızın və müttəfiqlərimizin köməyi ilə keçə biləcəkləri olduqca çətin vəziyyətdən" danışıb.
"Mən həmişə demişəm ki, Filippinin gələcəyi ABŞ-ın yanında olacaq", deyə prezident əlavə edib.
Nizami Bağırov