ABŞ-ın Avropa Komandanlığının rəhbəri və Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanı Kristofer Kavoli ABŞ qanunvericiləri ilə bağlı qapılar arxasında keçirilən görüşdə Vaşinqtonu Silahlı Qüvvələrin müharibədə qalib gəlməsinə kömək edəcək ən qabaqcıl silahları Ukraynaya təhvil verməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico"nun iclasda iştirak edən 5 nəfərə istinadən məlumat
yayıb.
İddiaya görə, Kavoli F-16 qırıcıları, pilotsuz təyyarələr və uzaq mənzilli raketlərin Ukraynaya təhvil verilməsini istəyib. Onun fikrincə, bu, Kiyevə səmaya hakim olmağa kömək edə və Rusiyaya qarşı mübarizəsini dəstəkləyə bilər.
"F-16 qırıcıları Rusiya ilə müharibədə Ukraynanın qələbəsinə kömək edə biolərmi" sualına Kavoli "bəli" cavabını verib. Onun fikrincə, Kiyevin hücuma keçmək və düşmənin irəliləməsini dayandırmaq planlarında uğur qazanmaq üçün bu silahlara ehtiyacı var.
"Ukraynanın daha uzun mənzilli raketlərə (ən azı 100 km), taktiki raket sistemlərinə ehtiyacı var ki, Silahlı Qüvvələri Rusiya mövqelərinə zərbələr endirə, qərargahı və arxa təchizat xətlərini riskə atsın. Bu da Ukrayna daxilində Rusiya hərbi maşınını sıradan çıxarmağa kömək edəcək", deyə Kavoli bildirib.
Generalın sözçüsü iddialarla bağlı sorğuya cavab verməyib.
Aydın