Dünya 12:05 27.05.2023

ABŞ Gizli Xidməti Baydenin evini güllə keçirməz edir

ABŞ Gizli Xidməti ABŞ prezidenti Co Baydenin evini güllə keçirməz hala gətirmək üçün çalışır. 

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, Bayden bu barədə Vaşinqtondan Kemp Deviddəki (Merilend) iqamətgahına uçmazdan əvvəl jurnalistlərə bildirib.

"Kemp Devidə getməyimin səbəbi odur ki, <…> Gizli Xidmət hazırda mənim evim üzərində işləyir və evi güllə keçirməz edir. Ona görə də evə getməyəcəm. Dedilər ki, beş həftəlik iş var. Beləliklə, mən Kemp Devidə gedirəm, çünki nəvəmin buraxılış gecəsi bazar günüdür və əsas odur ki, mən onun gecəsinə gedə bilim", - Bayden deyib. 

ABŞ Gizli Xidməti dövlətin birinci şəxslərinin qorunmasına cavabdehdir.

Amerika lideri hansı evdən söhbət getdiyini dəqiqləşdirməyib. Bayden tez-tez həftə sonlarını ailəsinin bir neçə evinin yerləşdiyi Delaverdə keçirir.

Aprel ayında Bayden Gizli Xidmətin Delaver ştatının Wilmington şəhərindəki evində güllə keçirməyən pəncərələr quraşdıracağını açıqlayıb.

Alpər