Xəbər lenti

ABŞ hələ də Kiyevin Kursk əməliyyatındakı məqsədlərini bilmir – Pentaqon
Dünya06:09 23.08.2024

ABŞ hələ də Kiyevin Kursk əməliyyatındakı məqsədlərini bilmir – Pentaqon

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ siyasəti Ukraynaya Rusiya Federasiyasının Kursk vilayətinin də daxil olduğu Sumı vilayətinin sərhəd bölgəsindən Rusiyanın hücumlarına qarşı müdafiə üçün cavab atəşi açmağa imkan verir. Bununla belə, Pentaqon Kursk əməliyyatının Ukrayna Silahlı Qüvvələri üçün "döyüş meydanındakı strateji hədəflərə” necə uyğun gəldiyini tam başa düşmür.
Qaynarinfo "Amerikanın səsi”nə istinadən xəbər verir ki, bu barədə Pentaqonun nümayəndəsinin müavini Sabrina Sinq bildirib. 
Sinq hər şeydən əvvəl bildirib ki, ABŞ-ın müdafiə naziri Lloyd Ostin yaxın bir neçə gün ərzində ukraynalı həmkarı Rustem Umerov ilə daha bir söhbət etməyi planlaşdırır. Söhbət, xüsusilə, Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatına aid olacaq.
Pentaqonun sözçüsü ABŞ-ın Kiyevin Kursk əməliyyatındakı məqsədlərini hələ bilmədiyini deyib, lakin prezident Volodimir Zelenskinin bufer zonanın yaradılması zərurəti ilə bağlı bəyanatını xatırladıb. Sinqin sözlərinə görə, belə bir zonanın yaradılması bir neçə müdafiə xəttinin tikintisini əhatə etməlidir və Pentaqonun Kursk əməliyyatının Ukrayna Silahlı Qüvvələri üçün "strateji döyüş meydanı məqsədləri”nə necə uyğunlaşması ilə bağlı sualları var. 
Rəsmi qeyd edib ki, ABŞ siyasəti "Ukraynaya bu sərhəd bölgəsindən Rusiyanın hücumlarından müdafiə üçün cavab atəşi açmağa imkan verir və bu bölgəyə Kursk, Sumi vilayəti daxildir". "Onlar (ukraynalılar – red.) özlərini bu regionun daxilindəki hücumlardan qoruyurlar”, - deyə Sinq bildirib.
O, həmçinin ABŞ-dan Ukraynaya yeni müdafiə yardım paketlərini açıqlayıb, lakin heç bir təfərrüat verməyib. 
Nizami Bağırov