Xəbər lenti

ABŞ HƏMAS-a qarşı beynəlxalq koalisiya yaratmaq istəyir
Dünya11:29 25.10.2023

ABŞ HƏMAS-a qarşı beynəlxalq koalisiya yaratmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ HƏMAS terror qruplaşmasının maliyyələşdirilməsinə qarşı mübarizə üçün beynəlxalq koalisiya yaratmağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, bu barədə Deutsche Welle məlumat yayıb.
Oktyabrın 24-də ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo bildirib ki, təkcə Yaxın Şərq ölkələri deyil, bütün dünya bu koalisiyaya qoşulmalıdır.
Adeyemo bildirib ki, o, bu həftə Avropaya səfər edəcək və bu səfər zamanı "müttəfiqləri və tərəfdaşları ilə HƏMAS-ın maliyyə şəbəkəsinə hücum səylərini necə əlaqələndirəcəyini" müzakirə edəcək.
Onun sözlərinə görə, İslam Dövləti və digər terror qruplaşmaları ilə mübarizədə istifadə edilən strategiya HƏMAS-a qarşı istifadə olunmalıdır.
ABŞ artıq HƏMAS-a qarşı bir sıra sanksiyalar tətbiq edib, lakin qruplaşma kriptovalyutaların və yeni sponsorların köməyi ilə sanksiyalardan yayınmağa çalışır.
Bloomberg daha əvvəl bildirib ki, yüksək rütbəli ABŞ rəsmisi HƏMAS qruplaşmasının maliyyə kanallarını kəsmək səylərini artırmaq üçün gələn həftə Səudiyyə Ərəbistanı və Qətərə səfər edəcək.
Nizami Bağırov