ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana elan edilməmiş və təsdiqlənməmiş səfəri ərəfəsində ABŞ təyyarədaşıyan gəmiləri və iri təyyarələri bu adanın yaxınlığına gəliblər.
Qaynarinfo "Nikkei" agentliyinə istinadən xəbər verir ki, ABŞ Ordusu əvvəlcə bu səfərin əleyhinə olub, lakin indi Pelosinin təyyarəsinin mümkün enişinə hazır olduqları
görünür.
Yerli TVBS şəbəkəsinin müxbirlərindən biri öz mənbələrinə istinadən iddia edib ki, Pelosi sabah axşam Taypeyə gələcək.
Lakin Çin Xarici İşlər Nazirliyi bu mümkün səfərlə bağlı kəskin şəkildə xəbərdarlıq edib və bu səfərin həyata keçiriləcəyi təqdirdə Çin ordusunun əlini-qolunu yanına salmayacağını bildirib.
Qeyd edilir ki, Nensi Pelosinin Tayvana səfəri xəbəri qeyri-müəyyən bir vəziyyətdədir, o, son bir neçə gündə Tayvana səfərini qətiyyətlə elan etmişdi, lakin dünən onun tərəfindən yayılan anons zamanı adı çəkilən Asiya ölkələrinin içində Tayvanın adı olmayıb.
M.Arif