Xəbər lenti

ABŞ hərbi təyyarəsi qəzaya uğradı: Bortda nüvə materialı olub?
Dünya06:52 09.06.2022

ABŞ hərbi təyyarəsi qəzaya uğradı: Bortda nüvə materialı olub?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Kaliforniya ştatında hərbi təyyarə qəzaya uğrayıb. 4 nəfər ölüb, 1 nəfər itkin düşüb.
Qaynarinfo bu barədə "Foxnews" agentiliyinə istinadən xəbər verir.
Məlumata görə, dünən (8 iyun) günorta zamanı yerli vaxtla saat 11:30 da Osprey kimi tanınan iki pərli hərbi təyyarə Kaliforniyanın Meksika ilə sərhədindən 30 kilometr aralıda qəzaya uğrayıb.
Qəzanın səbəbi hələ müəyyən edilməyib. 5 ekipaj üzvündən dördünün həyatını itirdiyi, birinin isə itkin düşdüyü açıqlanıb.
Qəzanın baş verdiyini Dəniz Piyadaları Hərbi Hava Bazası təsdiqləyib. Açıqlamada, təyyarədə nüvə materialının daşındığına dair iddiaların həqiqəti əks etdirmədiyi bildirilib.
M.Arif