Xəbər lenti

ABŞ-ın dörd gözlənilməz senarisi və ən qorxduğu: Ukrayna Kremli vurur... - NYT
Dünya11:38 12.04.2023

ABŞ-ın dörd gözlənilməz senarisi və ən qorxduğu: Ukrayna Kremli vurur... - NYT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pentaqonun sızdırılmış sənədlərindən birində dörd senari və onların Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı müharibənin gedişatına necə təsir göstərə biləcəyi göstərilir. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
NYT yazır ki, bu sənəddə ABŞ Müdafiə Nazirliyinin kəşfiyyat İdarəsi hipotetik "gözlənilməz” senarilərini ("wild card” scenarios) müəyyənləşdirib və təhlil edib. Üzərində 24 fevral tarixi və "Bir il” ("one year”) yazısı var – bu, təhlilin müharibə başlayandan bir il sonra aparıldığını göstərir.
O, senarilərin hər birinin potensial olaraq necə müharibənin eskalasiyasına, onun danışıqlar yolu ilə yekunlaşmasına səbəb ola biləcəyini və ya gedişata əhəmiyyətli təsir göstərmədiyini təsvir edir.
Sənədə əsasən, senarilər arasında Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskinin ölümü, Rusiya silahlı qüvvələrinin rəhbərliyində dəyişiklik və Ukraynanın Kremlə zərbə endirməsi daxildir. Qəzetin yazdığına görə, sonuncu, Co Bayden administrasiyasını xüsusilə narahat edir və bu, Vaşinqtonun "uzaq mənzilli raketləri Kiyevə ötürməkdən çəkinməsinin” səbəblərindən biridir.
"Bu hadisə eskalasiyaya səbəb ola bilər, Putin ictimai rezonansa cavab olaraq genişmiqyaslı hərbi səfərbərliyə başlaya və taktiki nüvə silahından istifadəni nəzərdən keçirə bilər. Və ya ictimai narahatlıqlar onu müharibənin həlli ilə bağlı danışıqlar aparmağa məcbur edə bilər", -deyə NYT yazır.
Qəzet qeyd edir ki, bu cür düşüncə kəşfiyyat xidmətləri üçün xarakterikdir və ABŞ senarilərdən hansının daha çox ehtimal oluna biləcəyini qiymətləndirmir. Amerika rəsmiləri NYT-yə sənəddəki məlumatın doğru olub-olmadığını deməsələr də, onun həqiqiliyini inkar etməyiblər.
Nizami Bağırov