2020-ci ildə Donald Tramp narkotik laboratoriyalarını dağıtmaq üçün Meksikanı raketlə vurmağı təklif edib.
Qaynarinfo "New York Times”a istinadla xəbər verir ki, bu barədə Amerikanın keçmiş müdafiə naziri Mark Esper yeni kitabında
yazıb.
Esper işıq üzü görəcək xatirə kitabında qeyd edir ki, Tramp Meksikanı Amerikanın vurduğunun gizli qalacağını bildirib.
2019-2020-ci illərdə Amerikanın müdafiə naziri olmuş Mark Esperin yeni xatirələr kitabı "Müqəddəs and” adlanır.
Kitab keçmiş müdafiə nazirinin ən qeyri-adi vaxtlarının xatirələrindən və Trampın prezidentliyi dövründən ən vacib məqamlardan bəhs edir.
Esper kitabını orda yazılanların doğruluq və dəqiqliyini yoxlamaq üçün onlarla general və kabinet üzvlərinə göndərib.
Tarix və Amerika insanı üçün yazdığını bildirən Esper deyir:
"O, prinsipsiz adamdır və şəxsi maraqlarını nəzərə alaraq, belə adam dövlət qulluğunda olmamalıdır”.
Esper dəfələrlə vəzifəsindən istefa verməyi düşünüb. Ancaq Trampın ətrafında çox sayda onun hər sözünə "hə” deyən adamın olduğunu görüb və vəzifəsindən getsə, daha elə bir adamın da müdafiə naziri postuna gətiriləcəyini düşünərək, ən vacibi vəzifədən getməmək olduğuna qərar verib.
Esper yazır ki, 2020-ci ilin yayında Tramp cənub sərhədlərindən narkotik axınından narahat olduğu vaxtlarda ondan iki dəfə Meksikadakı narkotik laboratoriyaları raketlə vura bilərmi, deyə soruşub.
Esper buna etiraz edəndə isə Tramp belə cavab verib: "Biz sadəcə bir neçə "Patriot” raket zərbəsi ilə sakitcə laboratoriyaları dağıdarıq”. Və sonra əlavə edib ki, heç kəs bunu bizim elədiyimizi bilməz.
Başqa bir vaxtda isə qaradərili Corc Floydun polis tərəfindən öldürülməsinə qarşı keçirilən aksiyalar zamanı Tramp müdafiə nazirindən soruşub ki, sən sadəcə onları güllələyə bilməzsən?
Nurlan Hüseynov