Xəbər lenti

ABŞ-ın Ərbil konsulluğuna dron hücumu oldu (VİDEO)
Dünya05:14 09.06.2022

ABŞ-ın Ərbil konsulluğuna dron hücumu oldu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraq mənbələri ABŞ-ın Ərbildəki konsulluğunun pilotsuz təyyarə ilə hədəf alındığını bildirib.
Qaynarınfo nu barədə "Al-Aləm" saytına istinadən xəbər verir.
Məlumata görə, İraq mətbuatı çərşənbə günü iyunun 8-i, gecə saat 21:35 də ABŞ-ın Ərbildəki konsulluğunun hərbi bölməsinin hədəfə alındığını bildirib.
Bununla belə, mənbələr əlavə edib ki, tikilməkdə olan ABŞ konsulluğunun binasından bir neçə kilometr aralıda yerləşən BƏƏ konsulluğunun yaxınlığında təhlükəsiz ərazilər hədəfə alınıb.
Eyni zamanda, kürd təhlükəsizlik mənbəsi Ərbil beynəlxalq hava limanı yaxınlığında bir neçə partlayış səsinin gəldiyini bildirib. "Əl-Məyadin" və "Əl-Əhd" şəbəkələrinin hər biri ayrı-ayrı hesabatda hücumu təsdiqləyib.
"Saberin News" əlavə edib ki, hücumdan sonra tüstü səmaya qalxıb və kürd qüvvələri ərazidə komendant saatı tətbiq edib.
Bir neçə dəqiqə sonra "Reuters" təhlükəsizlik mənbəsinə istinadən ABŞ-ın İraqın Ərbil şəhərindəki konsulluğunun pilotsuz təyyarə ilə hədəfə alındığını bildirib.
Əlavə olaraq qeyd edilir ki, İranın "Mehr" agentliyi və "Əl-Məyadin" müxbirinin verdiyi məlumata görə, bu hadisədə MOSSAD komandiri İlak Ron adlı şəxs öldürülüb. Bu xəbər hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
İraq Kürdüstanının mətbuatı bu olayda üç nəfərin yaralandığını bildirsə də, İraqın öz rəsmi mənbələri hücumun mümkün itkiləri ilə bağlı təfərrüatları hələlik açıqlamayıb.
M.Arif