Xəbər lenti

ABŞ-ın iki Təhlükəsizlik əməkdaşı Çinə casusluq edirmiş
Dünya07:17 08.07.2022

ABŞ-ın iki Təhlükəsizlik əməkdaşı Çinə casusluq edirmiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prokurorluğu Daxili Təhlükəsizlik Departamenti ilə əlaqəsi olan iki şəxsi Çin hökuməti üçün casusluqda ittiham edib. Onlar ABŞ-da yaşayan dissidentləri təqib edib və onları izləyiblər.
Bu barədə Qaynarinfo ABŞ Ədliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Təqsirləndirilən şəxslər Minnesota ştatında 15 illik deportasiya üzrə məmur işləyən Kreyq Miller və təqaüddə olan hüquq-mühafizə agenti Derrik Teylordur. İki müttəhim üç cinayətdə ittiham olunub.
"Biz ABŞ-da insanların söz və siyasi ifadə azadlığı hüquqlarını qoruyacağıq. Bu şəxslər buraya sığınan dissidentlərin səsini boğmaq üçün xarici hökumətin agentlərinə kömək ediblər", - Baş prokurorun Milli Təhlükəsizlik üzrə köməkçisi Metyu Olsen deyib.
Xatırladaq ki, daha əvvəl "Reuters” ABŞ əks-kəşfiyyatına istinadən xəbər vermişdi ki, Çin hökuməti Pekinə qarşı daha yumşaq siyasət yürütməyə məcbur etmək məqsədilə yerli ABŞ rəsmilərini manipulyasiya əməliyyatlarını gücləndirir.
Nizami Bağırov