Stenford Universitetinin professoru və ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol deyib ki, Co Bayden administrasiyası və digər NATO üzvləri onun bu il Ukraynada müharibəyə son qoymaq təkliflərini eşitməyiblər.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Donbass Realia"ya müsahibəsində bildirib.
"Mən qələbəni təmin edəcək bütün silahların artıq göndərilməsini istədim. Onlar başqa cür qərar verdilər. Bu, mənim deyil, onların qərarıdır", deyə Maykl Makfol qeyd edib.
Diplomat əlavə edib ki, analitiklər ötən ilin payızında Xarkov və Xerson vilayətlərində Ukraynanın uğurunu gözləmirdilər:
"Bundan sonra nə olacağını bilmirəm, amma düşünürəm ki, ukraynalılar həmişə onlardan gözlədiyimizdən daha çox şey ediblər".
O, müharibənin əslində nə qədər davam edəcəyini bilmədiyini də deyib, lakin qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin vaxtın onun üzərində oynadığına inanır. Diplomat hesab edir ki, Putin ABŞ-da prezident seçkilərinə qədər vaxta oynayır və o zaman müharibədə qalib gələ biləcəyinə inanır.
"Belə bir strategiyanın uğurlu olacağına əmin deyiləm, çünki bu dəhşətli müharibə nə qədər uzansa, Ukrayna ordusu bir o qədər yeni Qərb silahları alacaq. Bu gün, məsələn, Ukraynada F-16-lar yoxdur, amma bir il sonra olacaq. Bu gün Abrams tankları yoxdur, bir ildən sonra isə olacaqlar. Və ümid edirəm ki, bir ildən sonra da ATACMS olacaq”, diplomat bildirib.
Makfol deyib ki, ABŞ-da ATACMS-in Ukraynaya verilib-verilməməsi ilə bağlı müzakirələr davam edir:
"Düşünürəm ki, sonda ukraynalılar ATACMS alacaqlar".
Aydın