Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının rəhbəri Van İ ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincerlə görüşüb. O, Vaşinqtonun Çini saxlaya bilməyəcəyini və ya dəyişdirə bilməyəcəyini söyləyib və diplomatik müdrikliyə, siyasi cəsarətə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters məlumat
yayıb.
"ABŞ-ın Çinə qarşı siyasəti Kissincer tipli diplomatik müdriklik və Nikson tipli siyasi cəsarət tələb edir", - Van İ deyib.
Çin diplomatı Henri Kissinceri "köhnə dost” adlandırıb və ona iki ölkə arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində "əvəzolunmaz rolu”na görə təşəkkür edib. Görüşdə Van İ ABŞ-ı Tayvanın müstəqilliyinə yönəlmiş "separatçı fəaliyyətlərdən uzaqlaşmağa" çağırıb.
Xatırladaq ki, Kissincer Riçard Nikson və Cerald Fordun dövründə ABŞ dövlət katibi vəzifəsində çalışıb. O, 1970-ci illərdə Vaşinqton və Pekin arasında münasibətlərin normallaşdırılmasında əsas rol oynayıb və vəzifəsini tərk etdikdən sonra müntəzəm olaraq Çinə səfər edib. Ağ Ev 100 yaşlı siyasətçinin hazırkı səfərindən xəbərdardır, onlar qeyd ediblər ki, Kissincer ABŞ hökuməti adından çıxış etmir.
Nizami Bağırov