Xəbər lenti

ABŞ-ın “Lend-liz” qanunu Ukrayna müharibəsində dönüş yaradacaq - Ekspert (FOTO)
Dünya12:52 29.04.2022

ABŞ-ın “Lend-liz” qanunu Ukrayna müharibəsində dönüş yaradacaq - Ekspert (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ-ın Ukraynaya lend-liz yardımının cəbhədə dönüş yaradacağı şəksizdir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ-ın Ukraynaya münasibətdə həyata keçirməyə başladığı lend-liz yardımının müharibənin gedişində hansı dəyişikliklərə gətirib çıxaracağı barədə sualı cavablandırakən deyib:
"Müharibənin getdiyi iki ay ərzində tək ABŞ Ukraynaya 3,6 milyard dollar həcmində silah və hərbi sursat tədarük edib. Onun da nəticəsini görürük. Bu gün Ukrayna Rusiya qarşısında davam gətirirsə, həmin vəziyyət ilk növbədə ukraynalıların qəhrəmanlığı və ABŞ-la onun NATO üzrə müttəfiqlərinin Kiyevə etdiyi yardımların nəticəsidir. İki ay müddətində verilən 3,6 milyard dollarlıq yardım fonunda Ukraynanın Rusiya ordusuna ciddi müqavimət göstərdiyinin şahidi oluruq. Lend-liz proqramı çərçivəsində isə bu yardımın məbləği 10 dəfəyə qədər artacaq. Lend-liz yardımı zamanı silah tədarükündə Ukrayna üçün əvvəlki maneələr də artıq olmayacaq. Belə olduqda, Ukrayna Ordusunun Rusiya qarşısına hansı formada çıxacağını təsəvvür edin. Sözügedən yardımla Ukrayna qoşunları heç şübhəsiz hərbi cəhətdən daha yaxşı təchiz olunacaq və bu da özünü cəbhədə göstərəcək”.
Xatırladaq ki, Lend-liz (ing. lend - borc vermək və ing. lease - kirayəyə vermək, müvəqqəti istifadəyə vermək) — İkinci Dünya Müharibəsində müttəfiqləri hərbi sursat, avadanlıq, ərzaq, tibbi avadanlıq və dərmanlar, strateji xammal, o cümlədən neft məhsulları ilə təmin etməklə bağlı qəbul edilmiş ABŞ dövlət proqramıdır.
Həmin zaman həyata keçirilən və müharibənin gedişatına ciddi təsir etmiş proqram çərçivəsində ABŞ tərəfindən müttəfiqlərə göndərilmiş məhsul və avadanlıqların ümumi dəyəri ilə bağlı cədvəli də təqdim edirik:

Rüfət Sultan