Xəbər lenti

ABŞ-ın maliyyə naziri: G7-dən Rusiyaya təzyiqi artırmasını gözləyirik
Dünya08:53 21.10.2025

ABŞ-ın maliyyə naziri: G7-dən Rusiyaya təzyiqi artırmasını gözləyirik

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-nin maliyyə naziri Skott Bessent Böyük Britaniya, Almaniya və Kanadadan olan həmkarlarına deyib ki, Vaşinqton administrasiyası Rusiyaya Yeddilik Qrupundan (G7) iqtisadi təzyiqin artmasını gözləyir.
"Report"un xəbərinə görə, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
S.Bessent vurğulayıb ki, ABŞ bu tədbirlərin gücləndirilməsində Avropanın fəal rol oynamasını gözləyir. O, həmçinin Çinin Rusiya neftini almağa davam edəcəyi təqdirdə ona yeni tariflər tətbiq etmək imkanını təklif edib, lakin bu, yalnız Avropalı müttəfiqlərinin dəstəyi ilə baş verəcək.