Xəbər lenti

ABŞ-ın mümkün defoltu dünyanı necə təhdid edir? -ŞƏRH
Dünya 22:41 19.05.2023

ABŞ-ın mümkün defoltu dünyanı necə təhdid edir? -ŞƏRH

"ABŞ -ın defolt təhlükəsi barədə deyilənlər siyasi və iqtisadi məqsəd daşıyır. Vaşinqton defolt elan etməklə borclu olduğu dövlət və şirkətlərlə yenidən hesablaşmaq, prosesdən uduşlu çıxmaq məqsədi istəyir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli ABŞ maliyyə nazirinin iyunun 1-də ölkədə şərti defolt elan oluna biləcəyilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib:
 
"Defoltun elan edilməsinin dövlətlərin güclü, varlı olub-olmamasına heç bir aidiyyatı yoxdur. ABŞ-ın borcları kifayət qədər çoxdur. Borcun da yuxarı həddi müəyyən olunub. Həmin yuxarı həddi keçəndə defolt elan edilir. İndi də ABŞ-ın Maliyyə Nazirliyi defoltla bağlı Konqresə müraciət edib. Konqres borcların yuxarı həddini artırmasa, iyunun 1-də ABŞ özünü defolt elan edərək, borclu instansiyalarla yenidən hesablaşmaq məcburiyyətində qalacaq. Həmin addımın indidən elan edilməsi ABŞ-ın özünün borclu olduğu dövlət və şirkətləri prosesə psixoloji olaraq hazırlaması deməkdir. Keçən il də anoloji vəziyyət yaranmışdı”.
 


Ekspert Konqresin defolt elan edəcəyinə  inanmır:
 
"Amma proses bir necə ildir ardıcıl davam etdiyindən görünür ki, ABŞ sözün həqiqi mənasında belə bir defolta gedəcək. Zənn edək ki, ABŞ-ın Çinə 500 milyard dollar borcu var. Beynəlxalq konvensiyalara görə defolt elan ediləndə borc yenidən hesablanır. ABŞ-ın defolt elan etməsi o anlama gəlir ki, Vaşinqton Çinə olan həmin borcunu qaytara bilmir. Ona görə də borcun qaytarılması ilə bağlı tərəflər yenidən danışıqlar aparmalı olurlar. ABŞ siyasi və iqtisadi cəhətdən hegomon olmasından istifadə edərək, kreditorlarla yenidən hesablaşmaqla iqtisadi uduş əldə etməyə çalışır. Ona görə də hər il ardıcıl olaraq məsələni xatırlamaqla kreditorları psixoloji olaraq prosesə hazırlayırlar. Günün birində defolt elan olunacaq və ABŞ-ın borcunun böyük qismi silinməli olacaq”. 

A.Nəsirli bildirib ki, defoltun neftin qiymətinə və hasilata birbaşa təsiri olmayacaq:
 
"Yalnız dolayı təsirləri ola bilər. O da defolt ABŞ iqtisadiyyatında ciddi problemlərə, böhrana səbəb olacağı halda mümkündür. Yalnız belə olan halda defolt neftin qiymətinə təsir edə bilər”.

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Canet Yelle Konqresə məktub ünvanlayaraq, ölkəsində iyunun 1-də şərti defolt elan oluna biləcəyini bildirib. Buna yol verməmək üçün o, borc həddinin dərhal artırılmasını tələb edib. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->