ABŞ-da 9 nəfər 3 kütləvi güllələnmə nəticəsində həlak olub.
Hadisələr üç ştatda - Filadelfiya, Tennessi və Miçiqanda baş verib.
Filadelfiya polisinin məlumatına görə, 2 kişi arasında silahlı qarşıdurma zamanı 3 nəfər öldürülüb, 12 nəfər yaralanıb.
Tennessi ştatının Çattanuqa şəhərində bir kafe yaxınlığında baş verən atışmada daha 3 nəfər həlak olub, 14 nəfər xəsarət alıb.
Miçiqandakı atışma nəticəsində də 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.
Bildirilir ki, cari ilin əvvəlindən indiyədək ABŞ-da 240 silahlı insident baş verib.
Bu kimi hadisələrin sayı artığından, prezident Co Bayden cümə günü Konqresi odlu silahların satışını qadağan etməyə çağırıb.
M.Arif