Dünya 08:44 11.05.2022

ABŞ-ın Ukraynaya 40 milyard dollarlıq yardımı təsdiqləndi

ABŞ Konqresinin Nümayəndələr palatası Ukraynaya 40 milyard dollarlıq yardım paketini təsdiqləyib.

Qaynarinfo-nun xəbərinə görə, səsvermənin nəticəsi məlum olub.

Ötən həftə prezident Co Bayden Kiyevə əlavə maliyyə yardımı üçün Konqresə müraciət edib. O, ləngimədən Ukraynaya 33 milyard dollar vəsait ayırmağa çağırıb.

Lakin Konqres üzvləri bu məbləği 39,8 milyard dollara çatdırmaq barədə razılığa gəliblər.

Xatırladaq ki, ABŞ tarixdə ikinci dəfə Lend-liz haqqında qanun tətbiq edib. Cozef Baydenin imzaladığı qanun hərbi yardımın çatdırılmasını sürətləndirəcək və Rusiyaya qarşı mübarizədə Ukraynaya kömək edəcək.

Bundan əvvəl Bayden Ukraynaya yeni hərbi yardım paketini açıqlamışdı. Onun sözlərinə görə, Ukrayna artilleriya sursatları, radarlar və digər hərbi texnika alacaq.
 
Aydın