Xəbər lenti

ABŞ-ın Ukraynaya niyə ATACMS raketləri vermədiyi üzə çıxdı
Dünya14:34 14.02.2023

ABŞ-ın Ukraynaya niyə ATACMS raketləri vermədiyi üzə çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Ukraynanı uzun mənzilli ATACMS raketləri ilə təmin edə bilməz, çünki onlar öz təhdidlərini dəf etmək üçün bu silahların kifayət qədər olmamasından narahatdırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.
Nəşrin mənbələri bildiriblər ki, Vaşinqton hesab edir ki, ATACMS raketlərinin Kiyevə ötürülməsi ABŞ arsenallarının tükənməsinə gətirib çıxaracaq və ABŞ-ın gələcəkdə mümkün münaqişələrə hazırlığını azaldacaq.
ABŞ həmçinin Ukraynanın Rusiya ərazisinə dərin zərbələr endirmək üçün uzaqmənzilli raketlərindən istifadə edəcəyindən və bunun həqiqətən də qırmızı xəttin kəçilməsi ola biləcəyindən narahatdır.
Eyni zamanda, nəşrin həmsöhbətlərinin fikrincə, Kiyev ABŞ-ın maliyyə yardımından istifadə edərək, ABŞ-dan ATACMS-in digər ölkələrdən alınmasına razılıq verməsini xahiş edə bilər.
"Politico" qeyd edir ki, bu uzaqmənzilli raketlər Polşa, Cənubi Koreya, Rumıniya, Yunanıstan, Türkiyə, Qətər və Bəhreyndə xidmətdədir.
Nizami Bağırov