Ukraynaya bu həftə elan oluna biləcək böyük hərbi yardım paketinə "Strykers” zirehli döyüş maşınları və GLSDB raketləri daxildir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” mənbələrinə istinadən məlumat
yayıb.
Üç ABŞ rəsmisinin və məsələ ilə tanış olan başqa bir şəxsin sözlərinə görə, ABŞ yanvarın 20-də cümə günü Ukraynanın müttəfiqlərinin müdafiə nazirlərinin Almaniyadakı Ramşteyn aviabazasında görüşəcəyi zaman yeni böyük yardım paketini elan etməyə hazırlaşır.
Rəsmilərdən biri bildirib ki, Bayden administrasiyası "Abrams” tanklarını məhz texniki xidmətin mürəkkəbliyi səbəbindən USQ-yə təhvil vermək fikrində deyil.
Digər iki ABŞ rəsmisinin sözlərinə görə, paketə çox güman ki, bir neçə "Strykers” zirehli döyüş maşını, eləcə də 100 mil (160 km – red.) məsafədəki hədəfləri vura bilən GLSDB raketləri daxil olacaq. Məlumatına görə, belə döyüş sursatları HIMARS və M270-dən buraxıla bilər.
Nizami Bağırov