"Viagra” brendinin hüquqlarına sahib olan Amerikanın "Viatris” şirkəti dərmanın Rusiyaya çatdırılmasını dayandırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks” Sənaye və Ticarət Nazirliyinin məlumatına istinadən məlumat
yayıb.
Nazirlikdən izah edilib ki, şirkət 2022-ci ildə "Viaqra” tabletlərinin tədarükünün dayandırılması barədə məlumat verib.
Sənaye və Ticarət Nazirliyi xüsusi olaraq qeyd edib ki, beynəlxalq qeyri-mülkiyyət adına sildenafil uyğun gələn "Viaqra” və analoji dərmanlar hələ Rusiyada istehsal olunmur, lakin "Rusiya Federasiyasında eyni təsiredici maddə ilə dərmanların istehsalının texnoloji imkanı təmin edilir”.
Belə ki, dərman vasitələrinin dövlət reyestrinə əsasən, Rusiyada 36 şirkətin beynəlxalq qeyri-mülkiyyət adı ilə dərman vasitələri üçün 49 qeydiyyat şəhadətnaməsi var.
Alpər