Xəbər lenti

ABŞ-ın xüsusi nümayəndəsi Putinlə görüş keçirdi: İlk detallar açıqlandı
Dünya 11:37 14.03.2025

ABŞ-ın xüsusi nümayəndəsi Putinlə görüş keçirdi: İlk detallar açıqlandı

ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib və artıq Amerikaya qayıdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts Fox News-a bildirib.  

Onun sözlərinə görə, Tramp administrasiyası Səudiyyə Ərəbistanının Ciddə şəhərində ukraynalı nümayəndələrlə son görüşdən və Putinin döyüşlərin dayandırılması ilə bağlı açıqlamalarından sonra "ehtiyatlı nikbinlik" nümayiş etdirir. Uolts qeyd edib ki, Tramp, Vitkoffun Rusiyadakı danışıqlarının nəticələri barədə hesabatından sonra növbəti addımları müəyyən edəcək.  

"Mən Moskvada olmuş xüsusi elçi Vitkoffla danışdım, o, bizə qiymətləndirmələr gətirir və prezident Tramp bunun əsasında qərar verəcək. Əlbəttə, hər iki tərəfin öz tələbləri var və kompromislər qaçılmazdır", - deyə müşavir bildirib.  

Bununla yanaşı, Uolts əlavə edib ki, Trampın qərarlarını qabaqlamamaq üçün danışıqların detallarını hələlik ictimaiyyətlə paylaşmağı planlaşdırmır.  

Xatırladaq ki, martın 13-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ nümayəndələrinin Moskva ilə danışıqlar aparmaq üçün yola düşdüyünü açıqlamışdı. Onun sözlərinə görə, tərəflər arasında müvafiq təmaslar artıq planlaşdırılıb.  

Bundan başqa, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts Rusiya tərəfi ilə Ukraynada atəşkəsin mümkünlüyü barədə telefon danışığı aparıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->