ABŞ-ın yeni Dövlət katibi Marko Rubio gələn həftə Latın Amerikası çərçivəsində Panamaya səfər etməyi planlaşdırır.
Qaynarinfo Bloomberg agentliyinə istinadən xəbər verir ki, bu barədə məsələni yaxından bilən mənbə
bildirib.
Rubionun Panamaya səfəri ABŞ prezidenti Donald Trampın Panama kanalı üzərində nəzarəti bərpa etmək niyyətinin ciddiliyini vurğulayacaq.
Səfər zamanı Rubionun həmçinin Qvatemala, Salvador və Kosta Rikaya baş çəkməsi gözlənilir. Məlumatı verən şəxs adının açıqlanmasını istəməyib.
Rubionun bu səfəri onun ABŞ-ın baş diplomatı kimi and içdikdən sonra ilk xarici səfəri olacaq və Tramp administrasiyasının Mərkəzi Amerikadan qeyri-qanuni miqrasiyanın qarşısını almaq və miqrantların öz ölkələrinə qaytarılması məsələsinə diqqət yetirdiyini nümayiş etdirəcək.
Dövlət katiblərinin ilk səfərləri adətən ABŞ üçün geosiyasi cəhətdən vacib olan müttəfiq ölkələrə olur. Məsələn, Rubionun sələfləri Entoni Blinken və Reks Tillerson müvafiq olaraq Yaponiyaya və ABŞ-a səfərlər etmişdilər.
Donald Tramp, hərbi və ticarət gəmiləri üçün keçid haqqı azaldılmayacağı halda, Panaman kanalına ABŞ nəzarətinin bərpa edilməsinə çağırıb. Tramp, həmçinin Çini su yolunu istismar etməkdə suçlayıb.
Panama prezidenti Xose Raul Mulino Panaman kanalının suverenliyini təsdiqləyərək, onun istismarında Çinin hər hansı iştirakını inkar edib.
Alpər
Şərhlər