Pentaqon Hörmüz boğazında hərbi mövcudluğunu gücləndirildiyini açıqlayıb - iki desant gəmisi İran sahillərinə göndəriləcək
Qaynarinfo bu barədə Pentaqonun Mərkəzi Komandanlığına istinadən xəbər verir.
Söhbət universal desant gəmisi "USS Bataan" və eniş gəmisi dok "USS Carter Halldan" gedir. Onlar "USS Thomas Hudner" esminesi, F-16 və F-35 qırıcılarında aviasiya qrupu ilə birlikdə Fars və Oman körfəzlərini birləşdirən Hörmüz boğazında fəaliyyət göstərəcəklər.
Dünya enerji ticarətinin əhəmiyyətli hissəsinin bu boğazdan keçməsi ilə zona strateji əhəmiyyət kəsb edir.
Pentaqon qeyd edir ki, bu tədbirlər kommersiya gəmilərinin reyder zəbtini təşkil etdiyi iddia olunan İrana qarşı yönəlib.
Bundan əvvəl Pentaqonun sözçüsü Sabrina Sinq bildirib ki, ABŞ Vaşinqtonun maraqlarını qorumaq üçün Hörmüz boğazına F-16 və F-35 qırıcıları, eləcə də "USS Thomas Hudne" esminesi göndərəcək.
Aydın