ABŞ sentyabrın 27-də İranda pilotsuz uçuş aparatların istehsalına kömək edən transmilli şəbəkəyə qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Qaynarinfo ABŞ Maliyyə Nazirliyinə istinadən məlumat
yayıb.
"ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Departamenti (OFAC) İran, Çin Xalq Respublikası, Honq-Konq, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində yerləşən beş qurum və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, onlar İranın hücum pilotsuz uçuş aparatları proqramı üçün mühüm hissələrin alınmasında iştirak edirlər.
Nizami Bağırov