ABŞ gərginliyi azaltmaq üçün Vaşinqton və Tehran arasında daha geniş razılaşmanın müzakirəsi çərçivəsində İranı Rusiyaya pilotsuz uçuş aparatlarının satışını dayandırmağa məcbur edir.
Bu barədə Qaynarinfo "Financial Times"a istinadən xəbər
verir.
Anonim mənbələr "Financial Times"a bildiriblər ki, ABŞ İranı Moskvanın Ukraynaya qarşı müharibədə istifadə etdiyi döyüş pilotsuz uçuş aparatlarının, eləcə də PUA-ların ehtiyat hissələrinin Rusiyaya satışını dayandırmağa məcbur edir.
"Reuters" qeyd edib ki, xəbər Vaşinqton və İranın gərginliyi azaltmağa və İranın nüvə proqramı ilə bağlı daha geniş danışıqları bərpa etməyə çalışdığı bir vaxta təsadüf edir. ABŞ dövlət katibi Entoni Blinken İranın "artan nüvə təhlükəsini” azaltmaq üçün istənilən addımını alqışlayacağını bildirib.
Bu müzakirələr keçən həftə məhbus mübadiləsi sazişi üzrə danışıqlarla paralel aparılıb. İran dörd ABŞ vətəndaşının Tehran həbsxanasından ev dustaqlığına buraxılmasına icazə verib, beşincisi isə artıq ev dustaqlığındadır.
Nizami Bağırov