ABŞ hakimiyyəti İsrail hökumətindən və "Sohnut” agentliyindən İsrail vətəndaşlığının verilməsi proseduruna aydınlıq gətirməyi xahiş edib. Vaşinqton ölkə hakimiyyətinin repatriasiya üçün müraciət edən Rusiya vətəndaşlarının kimliyini necə yoxlaması ilə xüsusilə maraqlanır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ynet" nəşri yazır.
Vaşinqton qorxur ki, İsrail vətəndaşlığını əldə etməklə "problemli keçmişi olan Rusiya vətəndaşları” - oliqarxlar, iş adamları və cinayət keçmişi olan insanlar ABŞ-a daxil ola biləcəklər. Ağ Ev də Rusiya casuslarının ölkəyə göndərilməsi üçün bu mexanizmdən istifadəni istisna etmir.
2022-ci ildə 37 364 nəfər Rusiyadan, 14 680 nəfər Ukraynadan və 1993 nəfər Belarusdan İsrailə yaşamağa gəlib. Ukraynada müharibə başlayandan sonra bu ölkələrdən immiqrasiya kəskin şəkildə artıb. Gələn kimi mühacirlər İsrailin şəxsiyyət vəsiqəsi və pasport alıblar. Onların bir çoxu sonradan İsraili tərk edərək başqa ölkələrə köçüblər.
İsrail ABŞ hakimiyyətinin bütün tələblərinə cavab verərsə, payızda ABŞ-ın vizadan azad edilməsi proqramına qoşula bilər. Bu halda bütün İsrail pasportu sahibləri viza olmadan ABŞ-a gedə biləcəklər. Əvvəllər immiqrantlar pasport verilməzdən əvvəl müəyyən müddət İsraildə yaşamalı idilərsə, bu gün ölkəyə daxil olduqdan sonra vətəndaşlıq alırlar.
Yəhudilərin nəsilləri repatriasiya proqramı çərçivəsində İsrail vətəndaşlığını almaq hüququna malikdir və "Soxnut” agentliyi onlara bu prosesi təşkil etməkdə kömək edir. Ən çox gənc nəsil yəhudiləri İsrailə gəlirlər: təxminən 24% 18 yaşdan kiçik və təxminən 27% 18-35 yaş arası.
Nizami Bağırov