Xəbər lenti

ABŞ İsrailə hərbi yardımı artırıb - "Bloomberg"
Dünya14:18 15.11.2023

ABŞ İsrailə hərbi yardımı artırıb - "Bloomberg"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Pentaqon gizli şəkildə İsrailə hərbi yardımı artıraraq, daha çox "Apache” helikopterləri üçün lazerlə idarə olunan qanadlı raketlər, 155 mm-lik sursatlar, gecə görmə cihazları, bunkerləri məhv edən sursatlar və hərbi maşınlar təqdim edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” ABŞ Müdafiə Nazirliyinin daxili siyahısına istinadən məlumat yayıb.
İsrailə silah tədarükü elan edilən siyahıdan kənara çıxır. Silahların siyahısı oktyabrın sonunda Pentaqon tərəfindən yayılan "İsrailin yüksək rütbəli  rəhbərliyinin sorğuları” adlı sənəddə yer alıb. Agentliyin gördüyü sənədə görə, silahlar artıq  göndərilir və ya Pentaqon onları ABŞ və Avropadakı anbarlardan əldə etmək üçün çalışır. Məsələn,  oktyabrın sonlarına olan məlumata görə, 30 mm-lik toplar üçün 36.000 mərmi, sifariş edilmiş bunkerlərin məhv edilməsi üçün M141 mərmilərinin 1800-ü və ən azı 3500 gecə görmə cihazı çatdırılıb.  Pentaqonun nümayənfəsi konkret detalları müzakirə etməkdən imtina edib, lakin nazirliyin bəyanatında deyilir ki, o, "İsraili müdafiə vasitələri ilə təmin etmək üçün daxili ehtiyatlardan tutmuş ABŞ sənayesinə qədər bir çox yollardan istifadə edir”. 
"Bu təhlükəsizlik yardımı demək olar ki, hər gün çatdırlır", - bəyanatda deyilir. Sənəddə həmçinin bildirilir ki, ABŞ sürətlə dəqiq idarə olunan sursatlar, kiçik diametrli bombalar, 155 mm-lik artilleriya mərmiləri və digər döyüş sursatları ilə təmin edir. 
Xatırladaq ki, ABŞ prezidenti Co Bayden ABŞ Konqresini həm Ukraynaya, həm də İsrailə yardımı dəstəkləməyə və Ukraynaya kömək üçün 61 milyard dollardan çox maliyyə vəsaiti də daxil olmaqla, 106 milyard dollarlıq yeni yardım paketini təsdiq etməyə inandırmağa çalışır. Lakin ABŞ Nümayəndələr  Palatasının yeni spikeri Mayk Conson təkid edir ki, Ukrayna və İsrailə yardım paketləri Konqres tərəfindən ayrıca nəzərdən keçirilməlidir. 
Nizami Bağırov