Xəbər lenti

"ABŞ kəşfiyyat təyyarəsi Şimali Koreya sərhədini keçib" - Kim Çenin bacısı
Dünya13:48 10.07.2023

"ABŞ kəşfiyyat təyyarəsi Şimali Koreya sərhədini keçib" - Kim Çenin bacısı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini, KXDR lideri Kim Çen Inın bacısı Kim Ye Conq ABŞ kəşfiyyat təyyarəsini ölkənin hava sərhədini pozduöunu açıqlayıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Kim Ye Conq -a xəbərdarlıq edib ki, Amerika qoşunları yenidən KXDR iqtisadi zonasına daxil olarsa, Şimali Koreyanın qəti cavabı olacaq.
Bundan əvvəl KXDR ABŞ-ı onun hava məkanını pozmaqda ittiham etmiş və Amerika kəşfiyyat təyyarəsini vurmaq hüququna malik olduğu barədə xəbərdarlıq etmişdi.
KXDR Müdafiə Nazirliyinin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarə bir neçə on kilometrlik məsafədə Şimali Koreyanın hava məkanına daxil olub. Departament 1969-cu ildə Amerikanın Aİ-121 təyyarəsinin ölkə səmasında necə məhv edildiyini xatırladıb və hava məkanı pozulacağı təqdirdə bunun indi baş verə biləcəyini istisna etməyib.
Aydın