Xəbər lenti

ABŞ kəşfiyyatı: Rusiyanın Ukraynaya qarşı müharibəsi dalana dirənib
Dünya09:10 11.05.2022

ABŞ kəşfiyyatı: Rusiyanın Ukraynaya qarşı müharibəsi dalana dirənib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ kəşfiyyatı hesab edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi dalana dirənib.
Qaynarinfo xəbər verir ki, bu barədə Sky News ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri Skot Beryerin sözlərinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hələlik müharibə tərəflərindən heç birinin döyüş meydanında yekun üstünlüyü yoxdur.
"Ruslar qalib gəlmir, amma ukraynalılar da qalib gəlmir və biz burada bir qədər çıxılmaz vəziyyətdəyik", - general-leytenant Senatın Silahlı Qüvvələr Komitəsi ilə görüşündə deyib.
Eyni zamanda Beryer qeyd edib ki, genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rus generalını məhv edib. Ancaq onların sayı daha çox ola bilər - 12 nəfərə qədər.
Bundan başqa ABŞ kəşfiyyatı hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibəsi yaxın aylarda "daha gözlənilməz və gərgin” olacaq.
CNN yazır ki, bu barədə Milli Kəşfiyyatın direktoru Avril Hayns Konqresə bildirib.
Onun sözlərinə görə, Putinin növbəti addımını qismən də olsa proqnozlaşdırmaq çətin olacaq, çünki "Putin öz ambisiyaları ilə Rusiya ordusunun hazırkı imkanları arasında uyğunsuzluqla üzləşib”.
Heyns deyib ki, yerlərdə vəziyyət prezident Putinin daha sərt tədbirlər görəcəyi ehtimalını artıra bilər:
"O cümlədən, hərbi vəziyyət, sənaye istehsalının istiqamətinin dəyişdirilməsi və ya potensial olaraq hərbi əməliyyatların eskalasiyası”.
Onun sözlərinə görə, kəşfiyyat ictimaiyyəti Putinin Rusiyanın mövcudluğuna təhlükə hiss etməsə, nüvə silahından istifadə edəcəyinə inanmır.
Müdafiə Kəşfiyyat İdarəsinin rəhbəri general-leytenant Skott Berrier də ayrıca deyib ki, ABŞ Rusiyanın nə vaxtsa taktiki və ya nüvə silahından istifadə edəcəyini gözləmir.
Hayns həmçinin bildirib ki, Putinin məqsədləri Donbasdan kənara çıxır. "Onlar uğur qazansalar belə, Donbasdakı döyüşlərlə faktiki olaraq müharibənin bitəcəyinə əmin deyilik”, - o deyib.
Onun sözlərinə görə, qısa müddətdə Putin Donetsk və Luqansk vilayətlərini ələ keçirmək, Xerson şəhərinə nəzarəti gücləndirmək və potensial olaraq tanınmamış Dnestryanıya qurudan yol açmaq istəyir. Amma kəşfiyyat ictimaiyyəti hesab edir ki, Dnestryanıya çatmaq üçün Putin Rusiya daxilində tam səfərbərlik aparmalıdır, amma hələ ki, buna getməyib.
"Həm Rusiya, həm də Ukrayna hərbi sahədə irəliləyişə davam edə biləcəklərinə inandıqlarına görə, ən azı qısamüddətli perspektivdə əlverişli danışıqlar yolu görmürük”, - deyə Hayns bildirib.
Nizami Bağırov