Xəbər lenti

ABŞ Konqresi, nəhayət, Ukrayna üçün hərbi “lend-liz”ə izn verdi
Dünya07:10 29.04.2022

ABŞ Konqresi, nəhayət, Ukrayna üçün hərbi “lend-liz”ə izn verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Konqresinin Nümayəndələr Palatası Senatın ardınca dünən Kiyevə hərbi yardımın göstərilməsini sadələşdirmək üçün nəzərdə tutulmuş Ukraynaya "lend-liz” haqqında qanun layihəsini təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu haqda İnterfaks-ın məlumatında bildirilir.
İmzalanmaq üçün prezident Co Baydenə göndərilən bu qanun layihəsi Ağ Evə 2023-cü maliyyə ili ərzində Ukrayna və digər Şərqi Avropa ölkələrini hərbi texnika ilə təmin etməyə icazə verəcək.
Xatırladaq ki, aprelin 6-da Konqresin Senatı Ukraynanı "Rusiyanın kiberhücumlarından” qorumaq üçün nəzərdə tutulan bu qanun layihəsini yekdilliklə təsdiqləyib.
RBK qeyd edir ki, bir qədər əvvəl Ukrayna Prezidentinin aparatının rəhbəri Andrey Yermak qeyd edib ki, "lend-liz” (kredit-icarə” haqqında qanun "Ukraynaya ABŞ-dan silah, nəqliyyat, ərzaq və yardım tədarükünü əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verir". Sənəddə o da nəzərdə tutulur ki, ABŞ bu avadanlığı Ukraynaya indi ötürə biləcək və alıcı ölkə onun dəyərini sonradan ödəyəcək.
Kreml "Lend-Lease” qanun layihəsini tənqid edib. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskovun aprelin 7-də deyib ki, Amerika silahlarının Ukraynaya tədarükü Moskva və Kiyev arasında uğurlu danışıqlara mane olur. "Ukraynanı müxtəlif formatlarda silahlarla doldurmaq Rusiya-Ukrayna danışıqlarında uğur qazandırmır", - Kremlin sözçüsü xəbərdarlıq edib.
Alpər