Xəbər lenti

AB Krıma görə Rusiyaya qarşı sanksiyaları bir il də uzatdı
Dünya13:12 18.06.2020

AB Krıma görə Rusiyaya qarşı sanksiyaları bir il də uzatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avropa Birliyinin Rusiyaya qarşı iqtisadi sanksiyaları bir il uzadılıb. 
Qaynarinfo xəbər verir ki, qərar Aİ Şurası tərəfindən təsdiqlənib. Bu haqda məlumat Aİ-nin rəsmi saytında dərc edilib. Məhdudiyyətlər 2021-ci ilin iyununa qədər uzadılıb.
"İnsan hüquqlarının pozulması, "pasportlaşdırma", Kerç boğazı üzərindən dəmiryol əlaqəsinin açılması, Krımda qanunsuz səsvermə səbəbi ilə təzyiqləri artırmalıyıq", - deyə Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Tvitter səhifəsində yazıb.
Xatırladaq ki, 2014-cü ildə Krımın Rusiyaya birləşdirilməsindən sonra ABŞ, Avropa Birliyi və bir sıra digər ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq edib və sanksiyalar ildən-ilə yenilənib.
Alpər