Xəbər lenti

ABŞ Kursk əməliyyatının hazırlanmasında iştirak etməyib - KİV
Dünya08:50 14.08.2024

ABŞ Kursk əməliyyatının hazırlanmasında iştirak etməyib - KİV

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patelin sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunun planlaşdırılması və ya hazırlanmasının heç bir aspektində iştirak etməyib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə çərşənbə axşamı, avqustun 13-də keçirdiyi brifinqdə bildirib.
ABŞ Dövlət Departamentinin sözçüsü vurğulayıb ki, "Ukraynanı işğal edən Rusiya prezidenti Vladimir Putindir və Ukrayna özünü bu təcavüzdən qoruyur”.
"Mən, Ukrayna hərbçilərinin öz əməliyyatları barədə danışmasına üstünlük verərdim, amma rolumuz və diqqət mərkəzində olduğumuz şey, Ukraynanı özünü müdafiə etmə qabiliyyətində dəstəkləməkdir ki, bu da sağlam düşüncədir, xüsusən də hücumlardan və ya birbaşa sərhəddən keçə biləcək əməliyyatlardan qorunmağa gəldikdə”, - deyə o qeyd edib.
Buna görə də Birləşmiş Ştatlar diqqətini "Ukraynalı tərəfdaşların bunu etmək üçün lazım olan hər şeyə malik olmasını” təmin etməyə davam edəcək”, - Patel əlavə edib.
Nizami Bağırov