Xəbər lenti

ABŞ Livanda fövqəladə vəziyyət statusunu uzatdı
Dünya07:52 29.07.2022

ABŞ Livanda fövqəladə vəziyyət statusunu uzatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Co Bayden ABŞ-ın Livanla bağlı milli fövqəladə vəziyyətini daha bir il uzadaraq İranın Hizbullaha silah təhvil verməsini davam etdirməsi səbəbindən Livanın milli suverenliyinin pozulduğu barədə xəbərdarlıq edib.
Qaynarinfo bu barədə "Alarabiya" agentliyinə istinadən xəbər verir.
Cümə axşamı, iyulun 28-də Bayden ABŞ Konqresinə yazdığı məktubda bildirib ki, İran silahlarının Hizbullaha göndərilməsi Livanın müstəqilliyinə xələl gətirir və regionda siyasi və iqtisadi qeyri-sabitliyə gətirib çıxarır.
O, İslam Respublikasının Hizbullaha silah göndərməsini ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasətinə "fövqəladə təhdid” kimi qiymətləndirib.
Qeyd edilir ki, Vaşinqton ilk dəfə 2007-ci ildə, Hizbullahın hakimiyyətə gəlməsindən sonra Corc Buşun administrasiyası dövründə Livan üçün fövqəladə vəziyyət elan etdi.
Aydın