Xəbər lenti

ABŞ Lukaşenkonu cəzalandırmaqda israrlıdır
Dünya10:18 25.08.2022

ABŞ Lukaşenkonu cəzalandırmaqda israrlıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Belarus prezidenti Aleksandr Lukaşenkonu Rusiyanın Ukraynaya genişmiqyaslı işğalını dəstəklədiyinə görə məsuliyyətə cəlb edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC-Ukrayna ABŞ-ın Belarusdakı səfirliyinin məlumatına istinadən məlumat yayıb.
Ukraynanın Müstəqillik günü ilə bağlı müraciətində ABŞ diplomatları bildiriblər ki, Lukaşenko rejiminin diqqətini yalnız hakimiyyətin saxlanmasına yönəltməsi Belarusun suverenliyinə xələl gətirir və ölkənin ərazisi, hava məkanı və infrastrukturu Rusiyanın hərbi ehtiyaclarına xidmət edir.
Agentlik Lukaşenko rejiminin Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakının Belarus xalqının iradəsinə zidd olduğunu vurğulayıb.
"Fevralın 24-dən Belarus demokratik qüvvələri xalqın Rusiyanın Ukraynaya təcavüzünün əleyhinə olduğunu, bu müharibədə Lukaşenko rejimini dəstəkləməsinə, hər iki ölkənin suverenliyinə və müstəqilliyinə xələl gətirmək cəhdlərinə qarşı olduğunu açıq şəkildə bəyan edib”, - bəyanatda deyilir.
Səfirlik əlavə edib ki, belarus könüllüləri Ukrayna qoşunları ilə birlikdə Ukrayna ərazisini müdafiə edərək döyüşürlər.
"Belaruslar Rusiya döyüş sursatı və hərbi texnikasının Belarus ərazisindən keçməklə Ukraynaya ötürülməsinin qarşısını almaq üçün tədbirlər görürlər”, - bəyanatda deyilir.
Diplomatlar vurğulayıblar ki, Birləşmiş Ştatlar Lukaşenko rejimini insan haqlarının pozulmasına və müxalifətin siyasi təqibinə, habelə Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəkləməsinə görə məsuliyyətə cəlb etməyə davam etdirəcək.
Nizami Bağırov