ABŞ Dövlət Departamentinin spikeri Metyu Miller Macarıstanın "suverenliyin qorunması haqqında” qanununu tənqid edib. Onun sözlərinə görə, sənəd Macarıstan hökumətinə "əjdaha alətlər” verir.
Qaynarinfo xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat
yayıb.
Onun sözlərinə görə, bu vasitələrdən hakim partiyanın fikirlərini paylaşmayanları qorxutmaq və cəzalandırmaq üçün istifadə oluna bilər.
Miller bildirib ki, qanun Macarıstan vətəndaşlarını, müəssisə və təşkilatlarını, hətta xarici hökumət və ya xarici təşkilatla heç bir əlaqəsi olmasa belə, məhkəmə nəzarəti olmadan araşdırmalara məruz qoymaq üçün istifadə edilə bilər.
"Bu yeni qanun bizim ümumi dəyərlərimiz olan demokratiya, fərdi azadlıq və qanunun aliliyi ilə uyğun gəlmir", - spiker deyib.
Qeyd edək ki, ötən həftə Macarıstan 2024-cü il fevralın 1-dən "siyasi müdaxilə risklərinin” öyrənilməsi və monitorinqinə cavabdeh olab ayrıca qurumun yaradılmasını nəzərdə tutan qanun qəbul edib.
Hakim Fides partiyası bildirib ki, sənəd ölkəni xaricdən yersiz siyasi müdaxilədən "qorumalıdır”. Lakin Macarıstandakı bir sıra ictimai təşkilatların fikrincə, sənəd hakimiyyətə istənilən şəxsi fərqli fikirlərə görə təqib etməyə imkan verir.
Bu qanuna əsasən, seçkilərdə iştirak edən siyasi partiya və ya qrupların üzvlərini xaricdən maliyyə aldıqları təqdirdə üç ilə qədər həbs cəzası gözləyir.
Nizami Bağırov