Amerika maliyyə naziri Canet Yellen müttəfiqlərini Ukraynaya maliyyə dəstəyini artırmağa çağırıb.
Qaynarinfo "Reuters” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə o Brüssel iqtisadi forumu qabağı açıqlamasında
bildirib.
Yellen Ukryananın maliyyə ehtiyacının əhəmiyyətli dərəcədə çox olduğunu və indiyə kimi elan edilmiş yardımların qısa vədədə yetərli olmayacağını deyib.
"Vergi yığımının sürətlə bərpa olunacağı aylara qədər Ukraynanın əsgərlərə, işçilərə və pensiyaçılara maaş vermək, habelə vətəndaşlarının əsas ehtiyaclarını ödəyən iqtisadiyyatı idarə etmək üçün büdcədən maliyyələşdirməyə ehtiyacı var. "Ən qısa zamanda ölkə vacib kommunal və xidmətlərin təmiri və bərpasına başlamalıdır”, - Yellen deyib.
Bu mənada Yellen indiyə kimi elan edilmiş ikitərəfli və beynəlxalq dəstəyin ölkənin ehtiyacını ödəmədiyini bildirib.
Müharibə nəticəsində iqtisadiyyatının yarısı dağılmış ölkənin ən adi ehtiyaclarını qarşılaması üçün aylıq 5 milyard dollar maliyyəyə ehtiyacı var.
Hazırda Avropa Birliyi Ukraynaya yeni maliyə yardımı paketi üzərində çalışır. Bildirilir ki, birliyin Ukraynaya iki aylıq ehtiyacını ödəyəcək qədər maliyə ayırması gözlənilir.
Amerika senatı isə Ukraynaya ümumilikdə 40 milyard dollarlıq maliyə yardımın verilməsini təsdiqləməyə yaxınlaşıb.
Nurlan Hüseynov